image-63f856f03ed26backend

Serxio Ramos milli komandadakı karyerasını başa vurdu

image-reklam_sirab_01

Fransanın PSJ klubunun müdafiəçisi Serxio Ramos İspaniya milli komandasındakı karyerasını başa vurub.
Vətəninfo.az xəbər verir ki,  36 yaşlı mərkəz müdafiəçisi bu barədə qərarını sosial media hesabındakı paylaşımla açıqlayıb.

Xatırladaq ki, Serxio Ramos 2005-ci ildən formasını geyindiyi İspaniya yığmasında 180 matça çıxıb. O, bu oyunlarda 23 qol vurub.

Təcrübəli futbolçu milli komanda ilə bir dəfə dünya, iki dəfə Avropa çempionu olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki