image-1-300-bal-20-04-24backend

Seymur Orucov 300 bal toplayan İsgəndərli Həcər Emil qızı ilə görüşüb/FOTO

image-reklam_sirab_01

Ağstafa RİH başçısı tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum – 300 bal toplayan, Həsənsu kənd tam ortaməktəbin şagirdi İsgəndərli Həcər Emil qızı ilə görüşüb

Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə başçının müavinləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Həsənsu kənd tam orta məktəbin direktoru iştirak ediblər.

Seymur Orucov rayon təhsilində fərqləndiyinə və qazandığı yüksək nəaliyyətlərə görə abituriyenti Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanımüxtəlif hədiyyələrlə təltif edib. Öz növbəsində Həcər İsgəndərli 3-cü ixtisas qrupuna hazırlaşdığını, qarşısına hüquqşünas olmağıməqsəd qoyduğunu bildirərək ölkə təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki