image-reklam-veteninfo
image-626a09d02e7fd626a09d02e7fe1651116496626a09d02e7fb626a09d02e7fcbackend

Sidneydə polisə bıçaqla hücum edən şəxs güllələnib

image-reklam-veteninfo

Sidneyin şimalında bıçaqla silahlanmış 39 yaşlı kişi şəhər polisinə hücum edib.

Veteninfo TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunur ki, Belinda Pleysdəki evlərdən birində məişət zorakılığı barədə polisə məlumat daxil olub.

Polis bölməsinin əməkdaşları bıçaqla silahlanmış 39 yaşlı kişi ilə əvvəlcə danışmağa cəhd göstərib.

Daha sonra o Təhlükəsizlik orqanlarınıən əməkdaşlarına hücum edib. Bundan sonra polislər ona atəş açıb.

Ağır yaralanan şəxs hadisə yerində ölüb.

Bildirilir ki, hazırda hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraiti və səbəblərini araşdırır.

Polis həmçinin qeyd edib ki, hadisə terror aktı hesab edilmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki