Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin “Baykar Defence” şirkəti tərəfindən hazırlanan PUA təxminən 13 km hündürlüyə qədər qalxa bilir. Onun qanadları ilə birlikdə uzunluğu 20 metr, hündürlüyü 4.1 metr, uzunluğu isə 12.2 metrdir.
6 ton çəkisi olan insansız təyyarə 24 saat havada qala və 1350 kq yükdaşıma qabiliyyətinə malikdir.
Türkiyənin ən qabaqcıl xüsusiyyətlərinə malik bu pilotsuz hava vasitəsi ilə qardaş ölkə dünyanın 4 ölkəsindən biri olub.
“Akıncı” Türkiyə Silahlı Qüvvələrinə təhvil verildikdən sonra ilk dəfə Azərbaycana tədarük edilib. PUA Tam Avtomatik Uçuş İdarəsi və 3 Əlavə Avtopilot Sisteminə, GPS asılılığı olmadan daxili sensor Fusion ilə naviqasiya funksiyasına malikdir.
Yeni nəsil PUA uzunmənzilli raketlər və lazerlə idarə olunan ağıllı sursatlarla təchiz edilib.