image-6282afe9c3f616282afe9c3f6216527318816282afe9c3f5f6282afe9c3f60backend

Şimali Koreyada koronavirusla mübarizəyə ordu cəlb olunub

image-reklam_sirab_01

Ötən həftə yeni növ koronavirusa ilk yoluxmanın rəsmən qeydə alındığı Şimali Koreyada epidemioloji vəziyyət ağırlaşır.

Veteninfo.az-ın xəbərinə görə, rəsmi Pxenyanın qızdırma kimi qələmə verdiyi xəstəliyə 1 milyondan çox adam yoluxub. Azı 50 nəfərin öldüyü bildirilir.

Ölkə lideri Kim Çen In pandemiya ilə mübarizə üçün ordunu köməyə çağırıb. Siyasi büronun iclasında dövlət başçısı tibbi resursların vaxtında bölüşdürülməməsində səhiyyə rəsmilərini təqsirləndirib. Digər tərəfdən, məhdud testgötürmə imkanları ilə əlaqədar Covid-19-a yoluxanlarının sayının daha yüksək olduğu istisna edilmir.

Cənubi Koreya prezidenti Yun Sok-Yol pandemiya ilə mübarizədə Pxenyana yardım etməyə hazır olduqlarını açıqlayıb. O, Şimali Koreya razılıq verərsə bu ölkəyə dərman vasitələri, avadanlıqlar və tibb işçiləri göndərə biləcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Şimali Koreyada indiyədək koronavirus əleyhinə vaksinasiya həyata keçirilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki