image-17959fc1-bd63-3b5b-8fa6-c5218b1a990c_850backend

“SOCAR Polymer” ixrac gəlirlərini 64 % artırıb

image-reklam_sirab_01

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi “SOCAR Polymer” MMC 122,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Veteninfo.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 63,8 % çoxdur.

“SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki