image-fa33b565-843d-3fcd-9a9b-1380906319ab_850backend

Somalidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 104-ə çatıb

image-reklam_sirab_01

Oktyabrın 29-da “Əş-Şəbab” terror qruplaşmasının yaraqlılarının Somalinin paytaxtı Moqadişonun mərkəzində ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 104-ə çatıb.

Bu barədə paytaxt meri Yasin Madale bildirib.

“Ölənlərlə yanaşı daha 269 nəfər yaralanıb”, – mer vurğulayıb.

Daha öncə Somali Prezidenti Hasan Şeyx Mohamud 100-dən çox insanın həlak olduğunu bildirmişdi.

Terrorçular ötən gün səhəri şəhərin mərkəzində yerləşən Təhsil Nazirliyinin binası yaxınlığında partlayıcı ilə doldurulmuş iki avtomobili partladıblar. Məlumata görə, hazırda paytaxt xəstəxanaları zərərçəkənlərlə doludur və həkimlər onlara tibbi yardım göstərməkdə öhdəsindən gələ bilmirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki