image-reklam-veteninfo
image-627230e4eee4a627230e4eee4b16516507885086717f889845f8ad98daf7609502abbackend

Son 2 ayda Ukraynaya 300 min tondan çox humanitar yardım çatdırılıb

image-reklam-veteninfo

Son iki ay ərzində Ukraynaya xaricdən 300 min tondan çox humanitar yardım çatdırılıb.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin müşaviri Darya Zarivna keçirdiyi brifinqdə bildirib.

“Martın ilk günlərindən maya qədər Ukrayna 304 min tondan çox humanitar yardım qəbul edib. Təxminən 24 min ton ötən həftə çatdırılıb”, – Zarivna qeyd edib.

O vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ukraynaya yardım üçün maddi yardım toplanmasını davam etdirir. Zarivna xarici dövlət institutları, beynəlxalq xeyriyyə təşkilatları və fərdlər tərəfindən ayrılmış vəsaitlərin əsasən müxtəlif ölkələrdəki ukraynalı qaçqınlara yardım məqsədi ilə istifadə edildiyini əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki