Biznesin əsas məqsədi yalnız qazanc əldə etmək deyil, həm də cəmiyyətin mövcud problemlərinə davamlı və yaradıcı həllər tapmaqdır. Məhz bu missiyanı rəhbər tutan “Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi gənclər arasında “Sosial sahibkarlıq” mövzusunda növbəti maarifləndirici seminar təşkil edib.
Vətəninfo.az xəbər verir ki,ruhlandırıcı abu-havada keçən tədbirdə İctimai Birliyin mütəxəssisləri gənclərə sosial sahibkarlığın təməl prinsiplərini geniş şəkildə aşılaya biliblər. Seminar zamanı iştirakçılara ideyanın formalaşmasından tutmuş, onun sosial təsirinin dəyərləndirilməsinə qədər olan addımlar ətraflı izah edilib.
Gənclərə biznes düşüncəsi ilə xeyirxah missiyanı birləşdirməyin yolları öyradilib, real həyat nümunələri əsasında uğurlu sosial layihə modelləri müzakirə olunub. Sonda iştirakçılar bu cür maarifləndirici təşəbbüslərin onların gələcək fəaliyyətində və cəmiyyətə faydalı layihələr reallaşdırmasında xüsusi rol oynayacağını qeyd edərək İctimai Birliyə minnətdarlıqlarını bildiriblər.


























