image-28556f38-c912-3edd-9496-af1d2ea11f99_850backend

Spiegel: Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artıb

image-reklam_sirab_01

Almaniyada bu il vicdanlı hərbi xidmətdən imtina edənlərin sayı xeyli artıb.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatlarına istinadən “Der Spiegel” yazıb.

Qeyd olunub ki, bu səbəbdən orduda xidmətdən imtina edənlərin sayı 2021-ci ildəki 209 nəfərdən 2022-ci ilin 8 ayında 810 nəfərə yüksəlib.

Eyni zamanda, çağırışçılar arasında xidmətdən imtina hallarının azaldığı, ehtiyatda olan hərbçilərin müraciətlərinin sayının artdığı qeyd edilir.

Bununla belə, alman siyasətçisi Sevim Dağdelen hesab edir ki, rəqəmlər Almaniya hökumətinin Ukrayna ilə bağlı strategiyası ilə bağlıdır və rəsmi Berlinin Ukraynadakı hərbi eskalasiyasının nəticələri ilə bağlı narahatlığını əks etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki