image-6249eec34f6056249eec34f60616490124196249eec34f6036249eec34f604-1backend

Şri-Lankada bütün nazirlər istefa verib

image-reklam_sirab_01

Şri-Lanka hökumətinin bütün nazirləri ölkədə genişmiqyaslı etirazlar fonunda istefa vermək qərarına gəlib.

Bu barədə “Ada Derana” portalı parlament rəhbəri Dineş Qunavardenaya istinadən məlumat yayıb.

Bildirilir ki, nazirlər artıq istefalarını Baş nazir Mahinda Rajapaksa təqdim ediblər.

Yekun qərar Mahinda Rajapaks prezident Qotabay Rajapaksa ilə müzakirəsindən sonra veriləcək.

Bununla yanaşı, portalın mənbələri ölkənin baş nazirinin istefa vermək niyyətin də olduğu məlumatını təkzib ediblər.

Xatırladaq ki, Şri-Lanka prezidenti etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edib. Hakimiyyət ada ölkəsində komendant saatı tətbiq edib və bütün sosial şəbəkələrə girişi məhdudlaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki