image-79backend

Sudanda 89 nəfər naməlum xəstəlikdən ölüb

image-reklam_sirab_01

Son bir neçə həftədə Cənubi Sudanın şərqində azı 89 nəfər naməlum xəstəlikdən vəfat edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq xəstəliyin episentrinə çevrilmiş Conqley ştatına təcili araşdırma üçün işçi qrupu göndərib.

Xəstəlik faktlarının əksəriyyəti son yarıməsrin baş verən ən güclü daşqınından zərər çəkən ərazilərdə qeydə alınır.

Araşdırmalar zamanı xəstəliyin vəba olmasına dair ehtimal isə öz təsdiqini tapmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki