Sumqayıt İcra Hakimiyyəti ötən ilin oktyabr-noyabr aylarında Sumqayıt sakinlərinə ictimai nəqliyyatın artıq kartla ödəniş sisteminə keçdiyini bildirib.
Veteninfo.az-a daxi olan məlumata görə, sakinlər ictimai nəqliyyatdan istifadə edə bilmək üçün məcbur olaraq qiyməti 2 manat təşkil edən bu kartlardan alıblar.
Nəticə etibarı ilə bir aydan az müddət keçdikdən sonra İcra Hakimiyyəti sakinlərə ictimai nəqliyyatlarda kart sisteminin ləğv olunduğunu və artıq nağd ödəniləcəyini bildirib.
İki manat əvvəlcə az bir məbləq kimi görünsə də, bildirək ki, Sumqayıt şəhər əhalisi 347 min nəfər təşkil edir. Əhalinin 200 mininin bu kartdan aldığını hesab etsək, bu da 400 min manat edir.
Rahat yoldan pul qazanmağı düşünən İcra Hakimiyyəti daha sonra sakinlərə ictimai nəqliyyatda ödənişin “Bakı Kart”a keçəcəyini bildirib.
Əhaliyə satılan kartlardan əldə edilən 400 min manatın isə taleyi sual altındadır…
Qeyd edək ki, satılmış olan kartara vurulan məbləği ən azı 3 manatdan hesab etsək, bu da təxmini 600 min manat edir ki, bütövlükdə Sumqayıt İcra Hajkimiyyəti əhalidən 1 milyon vəsait əldə etmiş olur.
Rufina Ali