image-image_750x_6614432cdcabebackend

Sunak və Makron Ukraynanın gələcək taleyini müzakirə etdilər

image-reklam_sirab_01

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron Ukraynaya döyüş sursatı, dron və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasını müzakirə ediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə iki liderin telefon danışığından sonra Böyük Britaniya baş nazirinin dəftərxanasının yaydığı bəyanatda deyilir.

Qeyd edildiyi kimi, Sunak və Makron “Ukraynadakı münaqişədə Rusiyanın qələbəsinin qarşısını almaq üçün səylərin artırılmasının vacibliyi barədə razılığa gəliblər”.

“Onlar qarşıdakı aylar üçün prioritetləri, o cümlədən Ukrayna silahlı qüvvələri üçün sursat, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin təchizatının artırılmasını müzakirə ediblər”, – sənəddə deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki