image-270d5cc3-35fe-393b-a741-659c29546205_850backend

Sunak və Şolts Rusiyaya sanksiyaların davam etdirilməsi barədə razılığa gəlib

image-reklam_sirab_01

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts telefon danışığında Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsi və Ukraynaya verilən dəstəyin gücləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin liderlər arasında keçirilən danışıqların yekunlarına dair yaydığı bəyanatda deyilir.

Liderlər beynəlxalq enerji təhlükəsizliyi məsələsi də daxil olmaqla ümumi çağırışlara birgə cavab vermək üçün Böyük Britaniya və Avropa İttifaqı arasında əməkdaşlığı gücləndirmək istəklərini ifadə ediblər.

Qeyd edək ki, Sunak və Şolts arasında görüş noyabrın 15-16-da İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tutacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki