image-19backend

Suriya da İrandan üz döndərdi

image-reklam_sirab_01

Müəllif: Cəmal Bustani, haqqin.az saytının yazarı

Ötən şənbə Dəməşqdə İranın xarici işlər naziri Əmir Abdollahianla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqlar keçirilib. Bu görüşlə bağlı rəsmi məlumatların azlığı İran-Suriya münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğunu təsdiqləyir.

Sanki tərəflər ətraf dünyanı hər şeyin çox yaxşı və buludsuz olduğuna, münasibətlərin sürətlə yeni parlaq zirvələrə doğru yüksəldiyinə və onlara heç nəyin mane ola bilməyəcəyinə inandırmağa çalışırlar.

“BMT Baş Assambleyasının sentyabrda göstərdiyi kimi, beynəlxalq diplomatik ab-hava Suriyanın xeyrinə dəyişib”, – Abdollahian “əziz qardaş”ı Bəşərə sevinclə bildirir. Bəşər isə cavabında geniş təbəssümlə ümumi qələbədən, irəlidəki yüksəlişdən və “Qərb oxunun sarsıdıcı çöküşü”ndən danışır.

image-19


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki