image-2-11backend

Tağavardda hər gün muğam səsləndirilir

image-reklam_sirab_01

Xocavənd rayonunun Tağavard kəndində yaşayan ermənilər iki gündür Azərbaycan muğamının sədları altında yuxudan oyanırlar. Bunu həmin kənddə yaşaya erməni əsilli sakin Rudik Badasyan deyib.

O bildirib ki, sonuncu dəfə Azərbaycan muğamına 7 ay əvvəl, aprel ayında qulaq asıblar. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan hərbçiləri avtomobildə quraşdırılmış səsgücləndirici vasitəsi ilə müxtəlif musiqilər səsləndirirdilər. “Dünəndən etibarən analoji vəziyyət yaşanır. Azərbaycan hərbçiləri Tağavarddakı köhnə kilsənin yanında bir avtomobildə səsgücləndirici yerləşdiriblər. Səhərdən axşama qədər, muğam səsləndirirlər”.

Badasyan deyib ki, nə edəcəklərini bilmirlər. “Nə edəcəyimizi bilmirik. Hər səhər muğam sədaları altında oyanmaq bizə xoş deyil. Dəfələrlə ruslara müraciət etmişik. Onlar da tədbir görməkdən imtina ediblər. Bununla bizə psixoloji təzyiq etməyə çalışırlar”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki