image-10backend

“Taliban” Pakistanla atəşkəs razılaşmasını uzatmaqdan imtina edib

image-reklam_sirab_01

Pakistandakı “Taliban hərəkatı” (“Təhrik-i-Taliban Pakistan”) rəsmi İslamabad ilə atəşkəs razılaşmasının müddətini uzatmaqdan imtina edib.

Vətəninfo.az xəbər verir ki, məlumatı “Dawn” qəzeti yazıb.

Bildirilib ki, “Taliban” hökuməti 6 maddəlik razılaşmanı pozmaqda və hərəkatın silahlılarına qarşı hərbi əməliyyatları davam etdirməkdə ittiham edib.

“Belə bir şəraitdə razılaşmanı uzatmaq mümkün deyil”, – “Taliban” bildirib.

Hərəkatın lideri Nur Vəli Məhsud Pakistanın hökumət qoşunlarına qarşı silahlı fəaliyyəti bərpa etmək haqqında əmr verib.

Məlumata görə, bu il noyabrın 8-də rəsmi İslamabadla hərəkat arasında biraylıq atəşəkəs haqqında razılıq əldə olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki