image-a757bf35-2f3b-34db-aff6-162c11efc5f4_850backend

Tanınmış futbolçunun atasının meyiti tapılıb

image-reklam_sirab_01

Çili millisinin və Braziliya “Flamenqo”sunun futbolçusu Arturo Vidalın atası Erasmo Vidal Santyaqodakı atçılıq klubunda ölü tapılıb.

onun cəsədini həmin ərazidə yerləşən restoranın sahibi aşkar edib. İddiaya görə, ölümə ürək tutması səbəb olub.

Polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib.

Qeyd edək ki, Arturo Vidal Çili millisində 2007-ci ildə debüt edib. 35 yaşlı yarımmüdafiəçi yığmada 133 oyun keçirib və 32 qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki