image-reklam-veteninfo
image-5f606e4d9a44dbackend

Tarixi görüş başlayır: Türkiyə Yunanıstanla razılaşma əldə edə biləcəkmi?

image-reklam-veteninfo

Bu gün Türkiyə və Yunanıstan nümayəndə heyətləri arasında danışıqlar başlayır
Vətəninfo.az xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında danışıqlar bu gün başlayır. Oktyabrın 16-17 tarixlərində Yunanıstanın paytaxtı Afinada Türkiyə və Yunanıstan arasında Birgə Fəaliyyət Planı Görüşü və Siyasi Müşavirə keçiriləcək.
Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini səfir Burak Akçapar rəhbərlik edəcək.
İclasda ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, səhiyyə, ətraf mühit və iinsan münasibətlərinin inkişafı üzrə Birgə Fəaliyyət Planı nəzərdən keçiriləcək, yeni iş birliyi sahələri ətrafında fikir mübadiləsi aparılacaq.
Siyasi məsləhətləşmələr çərçivəsində sabah iki ölkənin nümayəndə heyətləri bir araya gələcək.
İkitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki