image-624fd2e180ec2624fd2e180ec31649398497624fd2e180ec0624fd2e180ec1backend

Tel-Əvivdə insanlara atəş açan fələstinli zərərsizləşdirilib

image-reklam_sirab_01

İsrail təhlükəsizlik qüvvələri ötən gün paytaxt Tel-Əvivdə insanlara atəş açan terrorçunu zərərsizləşdirib.

Veteninfo.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları 28 yaşlı fələstinlini bu gün səhər saatlarında Tel-Əvivin cənubunda yerləşən Yaffo rayonunda, məscidin yaxınlığında gizləndiyi yerdə aşkar ediblər.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə onun arasında atışma olub.

Nəticədə 28 yaşlı fələstinli zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün Tel-Əvivdə silahlı şəxs insanlara atəş açıb. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 12 nəfər xəsarət alıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki