image-1backend

Teleaparıcıların efir vaxtı azaldıldı

image-reklam_sirab_01

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-:16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki