image-reklam-veteninfo
image-1backend

Tramp: “ Qasım Süleymanini uzun müddət izləyirdik”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp G7 sammitinin yekunlarına dair mətbuat konfransında SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi əməliyyatı ilə bağlı danışıb.

Vətəninfo.az xəbər verir ki, Trampın sözlərinə görə, əməliyyat ABŞ və İsrail tərəfindən birgə hazırlanıb və Süleymaninin addımları əvvəlcədən izlənilib.

“Biz təxminən bir ay əvvəl onun hansı təyyarədə olacağını bilirdik. Onu izləyirdik və sonra İsrail mənə bu əməliyyatı həyata keçirməyəcəyini bildirdi. Bundan sonra qərar verməli oldum”, – deyə Tramp bildirib.

O əlavə edib ki, Süleymani əsasən mülki aviareyslərlə səyahət edir və bunun ona müəyyən təhlükəsizlik təmin etdiyini düşünürdü.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında İraqda ABŞ-nin hava zərbəsi nəticəsində öldürülüb. Həmin hadisə ABŞ ilə İran arasında gərginliyin kəskin artmasına səbəb olmuşdu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki