image-1backend

“Trampın prezident olmaq şansı yüksəkdir”-Florida qubernatoru

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Florida qubernatoru respublikaçı Ron DeSantis bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.

“İstədiyim nəticəni əldə etmək üçün bir şey edə bilsəydim, kampaniya çərçivəsində daha çox tədbirlər, müsahibələr verərdim. Bizi dəstəkləyən insanlardan xahiş edə bilmərəm ki, qələbəyə aparan yolumuz aydın deyilsə, bizə vaxtlarını və resurslarını ayırsınlar. Bu gün mən seçkiqabağı təşviqatımın dayandırıldığını elan edirəm”, – o videomüraciətində bildirib.

Desantis Trampın dəstəyini alacağını vurğulayıb. Bundan əvvəl biznesmen Vivek Ramasvami də prezidentlik yarışından imtina etdiyini açıqlamışdı. O, 2024-cü il prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəklədiyini də xatırladıb. “Tramp mənim tam dəstəyimi alacaq”, – iş adamı əmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki