Rusiyanın Kaluqa şəhərində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə səbəbindən beynəlxalq hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, təhlükəsizlik tədbirləri çərçivəsində Kaluqa hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Məlumata əsasən, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Kaluqa şəhərinin müxtəlif ərazilərinə hücumlar həyata keçirib.
Hava limanında məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı hələlik əlavə məlumat verilməyib.


























