image-img-20240608-wa0006backend

Türk dünyasının birliyinin növbəti təzahürü

image-reklam_sirab_01

Bu gün türk dövlətlərinin hər bir sahədə işbirliyi, sıx əlaqələri ən yüksək səviyyəyə çatıb. Bu da türk dövləti rəhbərlərinin əsas prioritetlərindən biridir. Təbii ki, burada yalnız dövlət səviyyəsində əlaqələr deyil, eyni soy-kökdən olan insanların da dostluq, əməkdaşlıq, sıx əlaqələrininin inkişafı da önəmli məsələlərdəndir.

Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən də dövlətlər arasındakı inkişafı, gələcək perspektivləri, əsas hədəfləri müzakirə etmiş və görüləcək işlər barəsində müəyyən qərarlar verilmişdir.
Belə ki, Prezidentin qəbul zamanı dediyi kimi, “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub”. Bəli, bu birliyin yarandığı gündən və gələcək fəaliyyətlərində də əsas hədəf, məqsəd məlumdur. Bu dövlətlər arasında sıx münasibətlər yalnız sözdə deyil, əməli fəaliyyətdə də həyata keçirilir.
“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Bu sözləri Prezident İlham Əliyev çıxışlarından birində bildirmişdir. Məlumdur ki, bu gün bir çox hegemon ölkələr bəzi dövlətləri tərəf çəkmək istəyirlər, ancaq prezidentin də bildirdiyi kimi biz eyni millətdən olan türk tövlətləri ailəsiyik. Və gələcək siyasi, iqtisadi, istənilən sahədə hədəflər yalnız bunun üzərində qurulmuşdur.
Bu əlaqələrin inkişafının davamı olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə bir ay sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşün məhz Şuşada keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.Eyni zamanda yaranmış əlaqələrin daha sürətli inkişafına nail olmaqdır. Bu görüşdə əsas məqsəd nəqliyyat və iqlimlə bağlı müzakirələr olacaqdır.
Bu gün ölkələr arasındakı əlaqələrdə nəqliyyatın inkişafı müstəsna rol oynayır. Burada Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Əsas məqsəd bu fəaliyyətin inkişafını daha sürətli həyata keçirmək və türk dövlətlərinin birgə fəaliyyətini yüksək səviyyədə həyata keçirməkdir.
Digər bir məsələ İqlimlə bağlı müzakirələrdir. Məlum olduğu kimi Azərbaycan bu il beynəlxalq konfrans COP29–a ev sahibliyi edir. Bu ölkəmizin məsuliyyətində olan mühüm tədbirdi. İqlim dəyişikliklərinin fəsadları bu gün dünyada faciəvi hala çatıb. Elə buna görə də, yalnız müzakirələr deyil, həm də bu problemlərin qarşısın almaq üçün ciddi tədbirlər görmək, və buna dəstək vermək əsas hədəflərdəndir. Bu səbəbdəndir ki, Şuşada bununla bağlı türk dövlətlərilə birgə müzakirələr aparmaq, hədəflər qoymaq fayda verəcək məsələrdəndir.
Eyni zamanda bu toplantının məhz Şuşada təşkil edilməsi xüsusilə rəmzi məna daşıyır. Məlum olduğu kimi uzun illər Şuşa və Qarabağın digər əraziləri işğala məruz qalmışdır. Bu işğallar ərzində həmin ərazilərdə təbiətə külli miqdarda zərər yetirilmişdir, insanlar yurdlarından edilmiş, əmlakları talan edilmişdir. Artıq bu ərazilər azaddır və bildiyimiz kimi hazırda Qarabağ bölgəsində yüksək səviyyədə sürətli şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Hazırda geniş infrastruktur layihəsi həyata keçirilir, şəhərlər, kəndlər bərpa edilir. Bu gün artıq Qarabağ sakinlərinin müəyyən hissəsi öz yurdlarına qayıtmışdır və bu davamlı şəkildə həyata keçirilir. Qardaş türk dövlətlərinin də bu gün o torpaqların dirçəlməsində əməyi keçir.İstər infrastruktur layihələrinin həyata keçirilməsində, istərsə də quruculuq işlərində mühüm töhfələr verirlər. Bu layihələrin həyata keçirilməsində Türkiyədən gələn şirkətlər böyük rol oynayır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Eləcə də Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir.Və burada Prezident İlham Əliyevlə birgə böyük layihələrin təməlini qoymuş, hətta açılışda da iştirak etmişdilər. Belə ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Bütün bunların ölkələrimizin hər zaman tərəfdaş, sıx qardaşlıq, birlik münasibətlərinin təzahürüdür.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki