Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatının sahiblərini açıqlayıb.
Prezident İqamətgahı Sərgi Salonunda keçirilən 29 Oktyabr Xüsusi Proqramında çıxışından sonra Ərdoğan 2024-cü il Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatını layiq görülənlərə təqdim edib.
Türkiyənin elm və mədəniyyət sahəsində Gönül Tekin və Günay Kut, ədəbiyyatda Fatma Karabıyık Barbarosoğlu, musiqidə Ahmet Özhan, kinoda Göksel Arsoy, teatrda Turan Oflazoğlu, kitabxanaçılıqda Ramazan Minder, sənətkarlıq üzrə Salih Balakbabalar Prezident, Halit Refiq isə “Vəfa” mükafatlarına layiq görülüblər.