image-13backend

Türkiyə əsgərlərinin öldürüldüyü regionda 20 terrorçu zərərsizləşdirilib

image-reklam_sirab_01

Türkiyə ordusu son 2 gündə 20 terrorçunu məhv edib.

Vətəninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyə ordusunun 3 əsgərini öldürən terrorçular da daxil olmaqla, dünən 6, bu gün 14 nəfər olmaqla, ümumilikdə 20 terrorçu zərərsizləşdirilib.

Hulusi Akarın sözlərinə görə, 2015-ci ildən İraq və Suriyada ümumilikdə 33 100 terrorçu, bu ilin əvvəlindən isə 2 619 terrorçu zərərsizləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki