Türkiyənin məşhur qapıçılarından biri olan, “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslanın zəlzələdə dağıntılar altında qalıb. Vətəninfo.az xəbər verir ki, bu barədə qapıçının həyat yoldaşı bildirib.
28 yaşlı qolkiperin xilas edilməsi üçün işlərin davam etdiyi, həyat yoldaşının dağıntılar altından xilas edildiyi bildirilib.
Karyerasına Qaziantep FK infrastrukturunda başlayan Eyüp Türkaslan karyerasında “Bugsaş Spor”, “Osmanlıspor”, “Ümraniyespor” və “Yeni Malatyaspor”un formasını geyinib.