image-7d54ca5e-8f97-3742-b53c-7ca50f8dd09b_850backend

UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

image-reklam_sirab_01

UEFA 2024-cü il Avropa çempionatının seçmə oyunlarının təqvimində səhvə yol verildiyi barədə Avropa futbol assosiasiyalarına xəbərdarlıq edib.

Bu barədə Uels Futbol Assosiasiyası tviterdə məlumat yayıb.

“Təəssüflə bildiririk ki, təqvimlə bağlı problem müşahidə etdik və sizdən göndərilmiş matçların siyahısını diqqətə almamağınızı xahiş edirik. Yeni versiya mümkün qədər tez dərc olunacaq. Yaranmış hər hansı narahatlığa görə üzr istəyirik”, – UEFA-nın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 9-da Almaniyanın Frankfurt-Mayn şəhərində 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə Millətlər Liqasının 2022/2023 mövsümü üçün ümumi reytinqinə əsasən sıralanan 53 milli assosiasiya iştirak edib. Gələcək turnirə ev sahibliyi edəcək Almaniya final mərhələsinə birbaşa vəsiqə əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki