Avropa Şurasının prezidenti Antonio Kosta Twitter-də bildirib ki, Lüksemburqda keçirilən hökumətlərarası konfransda Avropa İttifaqı və Ukrayna rəsmi olaraq Aİ-yə üzvlük danışıqlarına başlayıblar.
Vətəninfo.az xəbər verir ki, o yazıb: “Bu gün biz Ukraynanın Avropa Birliyindəki gələcəyinə doğru tarixi bir addım atırıq”.
Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ üzv dövlətlərinin Ukrayna və Moldova ilə üzvlük danışıqlarının birinci mərhələsinə başlamaq barədə razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, hökumətlərarası konfransda açılan “Əsaslar” adlanan danışıqlar paketi Aİ-nin fundamental prinsipləri və dəyərləri, o cümlədən qanunun aliliyi və demokratik institutların fəaliyyəti ilə bağlıdır.
Eyni zamanda, Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna 690 milyon dollarlıq yeni kredit tranşının verilməsi barədə ilkin razılığa gəliblər.


























