image-625f679e2f9f8625f679e2f9f91650419614625f679e2f9f6625f679e2f9f7-1backend

Ukrayna Donetskin Marinka şəhərini geri qaytarıb

image-reklam_sirab_01

“Ukrayna qoşunları ölkənin şərqində bu vaxtadək Rusiya hücumlarının qarşısını ala bilib və bəzi yerlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirib”.

Veteninfo.az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri Xarkovda Ukrayna bölmələrinə və zəruri infrastruktura hücum edib. Vurğulanıb ki, cənubda – İzyum şəhərində Rusiya qüvvələrinin hücumu, ağır itkilər verməsi səbəbindən uğursuzluqla nəticələnib.

Əlavə olunub ki, ukraynalılar Donetsk regionunun Marinka şəhərini əks-hücum əməliyyatı nəticəsində geri qaytara biliblər.

Baş qərargahın məlumatında o da vurğulanıb ki, Rusiya öz qoşunlarının Ukraynada yerləşdirilməsi məqsədi ilə Belarusdan çıxarılmasını davam etdirir.

Bildirilib ki, Belarusdan qalxan Rusiya aviasiyası Ukraynadakı hədəflərə zərbələri davam etdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki