Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 hərbi təyyarəsi Xmelnitski rayonunda qəzaya uğrayıb.
Vətəninfo.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Xmelnitski bölgəsində Su-24M təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
Departamentin məlumatına görə, iki heyət üzvü – pilot və şturman döyüş tapşırığını yerinə yetirərkən həlak olublar.
Ukrayna Hərbi Hava Qüvvələri də qəzada bir döyüş təyyarəsinin itirildiyini açıqladı.


























