image-7backend

Ukrayna və Britaniya liderləri Rusiyanı müzakirə ediblər

image-reklam_sirab_01

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Vətəninfo.az xəbər verir ki, Vladimir Zelenski Ukrayna ilə həmrəyliyə və Rusiyanın növbəti təcavüzünün qarşısını almaq üçün göstərdiyi diplomatik səylərə görə baş nazirə təşəkkür edib.

Həmsöhbətlər “Şimal axını 2” layihəsindən silah kimi istifadənin yolverilməzliyi ilə bağlı ortaq mövqe ifadə ediblər.

Onlar həmçinin Ukraynanın müdafiə qabiliyyətinin inkişafı və Ukrayna donanmasının gücləndirilməsi istiqamətində ikitərəfli əməkdaşlığı müsbət qiymətləndiriblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki