image-antalyabackend

Ukraynalı futbolçu Türkiyədə rus turisti niyə döyüb?

image-reklam_sirab_01

“Şaxtyor”un və Ukrayna millisinin hücumçusu Daniil Sikan Türkiyədə rusiyalı turistlə davanın təfərrüatlarını açıqlayıb.

Xatırladaq ki, təxminən bir ay əvvəl mətbuatda ukraynalı futbolçunun Türkiyə otellərindən birində rusiyalını döyməsi ilə bağlı məlumat yayılmışdı.

Sikan “Şaxtyor”un YouTube kanalında yayımlanan videoda hadisəni belə təsvir edib:

“Dayanıb sakitcə söhbət edirdik. Birdən rus dilində qışqırıq eşitdik. Roma (Roman Ternovoy, “Şaxtyor”un əməkdaşı) dedi: “Bu o rusdur. Əvvəl də belə edirdi, dava olmasın deyə, ona əhəmiyyət vermədim”. Mən isə artıq startda idim. Bu boynuyoğunun belə davranmasına dözə bilməzdim.

O qışqırır: “Spartak” çempiondur, Rusiya əbədidir”. Ona yaxınlaşıb üzünə bir sillə vurdum. Kafelin üzərinə yıxıldı, ayağa qalxmağa çalışdı, amma bacarmadı. Bir gün sonra onları oteldən qovdular”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki