ABŞ və İran arasındakı münaqişənin həlli ilə bağlı razılaşmaya İsrail, Livan və Fars körfəzi ölkələri daxil olacaq.Vətəninfo.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vens bu barədə amerikalı jurnalist Megin Kelli ilə müsahibəsində bildirib.
“Bu, regional sülh müqaviləsidir. Bu müqaviləyə Fars körfəzi, İsrail və Livan daxil olacaq. Əsas məsələ budur ki, bu, əsl regional sülh müqaviləsidir”, – deyə o bildirib.
ABŞ-ın İrana pul ayırmasına gəlincə, Vens qeyd edib ki, Amerika tərəfindən İrana heç bir pul ayrılmayacaq.
“Çox, çox aydın olmaq istəyirəm. İranlılar bu razılaşmanın tələb etdiyi hər şeyi etsələr belə, İrana bir Amerika qəpiyi də axmayacaq”, – deyə Vens bildirib. “Biz deyirik ki, əgər iranlılar davranışlarını dəyişsələr, bəzi ölkələrə ölkələrinin yenidən qurulmasına və xalqları üçün müəyyən rifah yaratmağa investisiya qoymağa icazə verəcəyik. Əgər iranlılar terrorizmi maliyyələşdirməyi dayandırsalar, yaxşı davransalar və təkcə bizimlə deyil, bütün regionla münasibətlərini dəyişdirsələr, bu, qeyd olunmalı bir şeydir”.
Vans həmçinin qeyd edib ki, əgər iranlılar razılaşmadan yararlanmaq istəsələr, danışıqlar masasında uranın zənginləşdirilməsi, eləcə də yoxlamalar olacaq.
O, həmçinin İsrailin razılaşmadan narazılığına və tənqidinə də toxunub.
Vensin sözlərinə görə, ABŞ-İran razılaşması ilə razılaşmayanlar mahiyyət etibarilə sonsuz münaqişəni dəstəkləyirlər.
“Onlar sonsuz bir münaqişə təklif edirlər: bütün bombalar atılana və ya bütün iranlılar öldürülənə qədər bunun davam etməsini istəyirlər. Amerika Birləşmiş Ştatları prezidentinin istədiyi bu deyil. Mənə elə gəlir ki, tənqidçilər, birincisi, (sənədin) əsl məzmununu nəzərə almırlar, ikincisi, alternativ təklif edə bilmirlər. Əgər alternativ heç bir aydın məqsəd olmadan və ABŞ-ın aydın maraqlarını nəzərə almadan bomba atmaqdırsa, bu, Amerika xalqı adından verilən müdrik qərar hesab edilə bilməz”, – Vens deyib.
“Prezident bildirib ki, cümə gününə qədər, bəlkə də sabah anlaşma memorandumunun mətnini dərc edəcəyik. Onun hələ dərc olunmamasının səbəbi, bəzi incə diplomatik proseslərin baş verməsidir və iranlılar, təkcə iranlılar deyil, həm də bəzi vasitəçilərimiz, pakistanlılar və qətərlilər bizdən bütün bunları düzgün qaydada həll etməyimizi istəyiblər”, – deyə o vurğulayıb.
19 iyunda anlaşma memorandumu imzalandıqdan sonra ABŞ və İran 60 gün ərzində yekun razılaşma üzrə danışıqlar aparacaqlar.


























