image-603a2d46-48f0-3506-b32a-34ed2414cb54_850backend

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

image-reklam_sirab_01

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Son olaraq Braziliya və meydan sahibləri Polşa adını növbəti mərhələyə yazdırıb.

1/4 finalda “sambaçılar” Argentinanı 3:1 (25:16, 23:25, 25:22, 25:21), polşalılar isə ABŞ-ı 3:2 (25:20, 27:25, 21:25, 22:25, 15:12) hesabı ilə məğlub edib. Bu komandalar finala gedən yolda bir-birinə rəqib olublar. Digər yarımfinal matçında isə Sloveniya və İtaliya kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, yarımfinal matçları sentyabrın 10-u və 11-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki