image-israil-780x470backend

WSJ: İsrail İranın hücumuna tezliklə cavab verəcək

image-reklam_sirab_01

İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə bazar günü Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yəhudi dövlətinin hücuma cavab verəcəyi günü dəqiq göstərmir. Qəzetin mənbələri qeyd edir ki, ABŞ İsrailin heç bir belə hücum əməliyyatında iştirak etməyəcək. Vaşinqton israr edir ki, yəhudi dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir iş görmür.

The New York Times ( NYT) xatırladır ki, aprelin 14-də İsrail hərbi kabinetinin iclasından sonra rəsmilər heç bir açıqlama verməyiblər. Bununla belə, müzakirələrlə tanış olan bir rəsmi təsdiqləyib ki, yəhudi dövləti İranın hücumuna mütləq cavab verəcək. NYT-nin daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, İsrailin cavabı müttəfiqləri ilə razılaşdırılacaq. Nəşr konkret olaraq kiminlə olduğunu açıqlamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki