image-sabackend

Xalq artisti Şamil Süleymanov: “Şuşadakı evimizi tapdım, divarlarından öpdüm”

image-reklam_sirab_01

Xalq artisti Şamil Süleymanov Şuşaya səfəri ilə bağlı təəssüratlarından danışıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə işğaldan azad edilən ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Növbəti videoçarxda Xalq artisti Şamil Süleymanov fikir və düşüncələrini bölüşüb:

“Atamın yeddi yaşı olanda ailəsi ilə Cıdır düzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim yeddi yaşım olanda o qayanın yanında şəkil çəkdirdik. Cıdır düzünə gedəndə, inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: Qalib kimi”.

Xalq artisti ən böyük arzusunun Gövhər Ağa məscidində qələbə namazı qılmaq olduğunu və may ayında bu arzusunun reallaşdırdığını və Şuşada yerləşən evlərinə getdiyini də qeyd edib:

“Evimizi tapdım. Evimizin başına fırlandım, divarlarını öpdüm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki