image-1backend

Xocalı şəhidinin bacısı: 32 illik ayrılığa son qoyuldu

image-reklam_sirab_01

“32 il idi ki, gözümüz yolda, qulağımız səsdə idi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi, Ordumuzu qorusun. Onların sayəsində 32 illik ayrılığa son qoyuldu, biz qardaşımıza və gəlinimizə qovuşduq”.

Bu sözləri Xocalı soyqırımında itkin düşmüş şəxslərdən olan Vaqif Məhərrəmovun bacısı Sevda Xanlarova aprelin 6-da Sabunçu rayonu, Zabrat qəbiristanlığında jurnalistlərə açıqlamasında söyləyib.

“Biz 1988-ci ildən Xankəndi şəhərində yaşayırdıq. Orada ermənilər ev-eşiyimizi yandırdılar. Daha sonra Xocalıya getdik. Qardaşlarım Murad və Vaqif çox əziyyətlər çəkiblər. Torpaqlarımızı müdafiə etmək üçün orduya yazıldılar.

1992-ci fevralın 26-dan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədik. Onların Xocalı soyqırımı zamanı şəhid olduqlarını anladıq. Qardaşım Murad isə bir neçə gündən sonra meşə ilə gəlib çıxa bilmişdi. Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb. Hamısına öz övladımız kimi baxmışıq, böyütmüşük. İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə S.Xanlarova əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki