image-img-20211224-wa0004backend

XXI ƏSRİN ADAMI!

image-reklam_sirab_01

Bu dünya yaranandan milyonlar, milyardlarla insanlar dünyaya gəlib. Amma bu dünyadan yolu keçənlərin hamısının izi qalmayıb. İzi qalanlar seçilmişlərdir! Milyardlar, milyonlar arasından seçilənlər! Nə xoş biz azərbaycanlılara ki, dünyada tanınan, ölkəsini, azərbaycanlılarını, dünyaya tanıdan seçilmişlərimiz var! Heydər Əliyev dühasının davamçısı, savadı, intellekti, bacarığı, insanlığı, ləyaqəti, mərdliyi, cəsurluğu, vətənsevərliyi ilə fərqlənən, xalqı üçün yaşayan İlham Heydər oğlu Əliyev!

XXI əsrin Adamı! Azərbaycan xalqının qəhrəmanı! Tarixən tanıdığımız sərkərdələrin ən müasiri, xalqın azadlığı, firavanlığı uğrunda gecəsini gündüzə qatdı. Haqq ədaləti bərqərar etdi! O haqq ədaləti ki, 30 il gözlədik. Bir igid ömrüdür 30 il! Bu 30 ildə oğullar dünyaya gəlib igidlikləri ilə dünyanı mat qoydular! Bu 30 ildə analar cəsurlar böyütdülər! Bu 30 ildə müəllimlər qəhrəmanlar yetişdirdilər! Bu 30 il ömrümüzdən getdi. Bu 30 il ərzində təhsilimiz, iqtisadiyyatımız, mədəniyyətimiz, xarici əlaqələrimiz inkişaf etdi. Sindıra bilmədilər Azərbaycan Xalqını! Çünki siyasəti və təmkini ilə seçilən liderləri oldu bu 30 ildə! Ən ağır pay onun payına düşdü. İlham Əliyevin! İslahatlar getdiyi bir zamanda ölkəni böhrandan çıxarmağa, gözüyaşlı ana-ataların yarasına məlhəm qoymağa, aclıq və səfalət dünyanın bir çox ölkələrində baş alıb getdiyi zamanda ölkəsini çiçəkləndirməyə məhz O qadir oldu! İmzaladığı hər yeni Fərman, Sərəncamda əhalinin bütün təbəqələrini düşündü. Müharibədən yenicə çıxan, minlərlə şəhidləri və qaziləri olan, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri gedən ölkə üçün əməkhaqqlarının artırılması mümkünsüz görünsə də bu baş verdi. Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə rəhbərinin imzaladığı yeni Fərmanlar növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün yaxın zamanlarda artırılması nəzərdə tutulur.

Təhsil işçisi olaraq onu vurğulamaq istəyirəm ki, təhsil işçilərinin sosial müdafiəsi, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Bu rəqəmin nə qədər böyük olduğunu hər kəs hesablaya bilir. Lakin nə qədər çətin olsa da 2022-ci yanvar ayının 1-dən dövlət təhsil müəssələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşlarının orta hesabla 20% artırılması, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılması barədə sərəncam təhsil işçilərinə böyük stimul verir.

Əmək haqqları Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırıldı. 2022-ci ildən nəzərdə tutulmuş artım əlilliyi olan və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısı itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələrə aid ediləcək, həmçinin birdəfəlik müavinətləri də əhatə edəcək. Xalqına sədaqətlə xidmət edən İlham Əliyevin apardığı siyasət, ölkələrarası siyasi, mədəni əlaqələrin, münasibətlərin genişlənməsinə, Azərbaycanın beynəlxalq ələmdə mövqeyinin möhkəmlənməsinə səbəb olur. Bu gün xaricdə yaşayan azərbaycanlılar da bir azərbaycanlı olduğunu qürurla səsləndirir, qalib, zəfər əldə etmiş azad, iqtisadi və mədəni inkişaf edən, lazım gəldikdə yumruq tək birləşən güclü ölkənin vətəndaşı olması ilə fəxr edir. Bu fəxarəti biz azərbaycanlılara yaşadanlar var! Ali baş komandanımız! Ali Baş Komandanın bir “İRƏLİ” əmri ilə oda alova atılan ordumuz! Əsgərlərimiz, zabitlərimiz!

Ali Baş Komandanımızın uzaqgörən siyasəti ilə Qərar, Fərman və Sərəncamları həyata keçirənlər, onun layiqli kadrları! Azərbaycan Xalqı! Həmişə xalqına arxalanan, xalqı üçün özünü şam tək əridən gözəl, unudulmaz, əbədiyaşar Heydər Əliyevdən tərbiyə alan, siyasətdə günü-gündən gözlənilməyən addımlar ataraq ölkəni firavanlığa aparan böyük insan, ümüdləri doğruldan sərkərdə, Azərbaycan xalqının sevimlisi ilə hər birimiz qürur duyuruq!

 

Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki