image-6279e909a4d916279e909a4d9216521566816279e909a4d8d6279e909a4d8fbackend

Yaponiya Rusiyanın baş nazirinə sanksiya tətbiq edib

image-reklam_sirab_01

Yaponiya hökuməti Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiya siyahısında 130-dan çox şəxs və 70 şirkət var.

Belə ki, Yaponiyanın sanskiyalar siyahısına Rusiyanın baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurasının katibinin müavini Rəşid Nurqaliyev, tanınmamış Luqansk və Donetsk Xalq Respublikalarının rəhbərləri, habelə iş adamı Gennadi Timçenkonun qohumları da daxil olmaqla 133 nəfər aid edilib.

Yaponiya hökuməti bir sıra ixrac məhdudiyyətləri də tətbiq edib. Sanksiyalar Rusiyanın müdafiə sektoru ilə əlaqəli şirkət və təşkilatlara, o cümlədən “Almaz-Antey” və “Taktik Raket Korporasiyası”na təsir edəcək.

Ümumilikdə sanksiyalar siyahısına 70 şirkət əlavə edilib.

Yaponiya daha əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketini açıqlayıb.

Rusiyada ölkə rəhbərliyinin nümayəndələri, məmurlar və iş adamları fərdi sanksiyalara məruz qalıblar. İxrac edilməsi qadağan edilən mal və texnologiyaların siyahısına 300 adda avadanlıq daxildir.

Bunlar yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft email avadanlıqlarıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki