image-626a04db91dc9626a04db91dca1651115227626a04db91dc4626a04db91dc6backend

Yaponiyanın baş naziri sabahdan Asiya və Avropanın beş ölkəsinə səfər edəcək

image-reklam_sirab_01

Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək.

Veteninfo TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Baş nazir aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək”,- deyə baş katib bildirib.

Aprelin 26-da “Kyodo” agentliyi Kişidanın xaricə səyahət etmək niyyəti barədə məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Yoşimasa Hayaşi də səfərə gedəcək.

O, aprelin 28-dən mayın 2-dək Qazaxıstan, Özbəkistan və Monqolustanda, mayın 6-dan 8-dək isə Sakit okeanın ada dövlətləri Fici və Palauda olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki