image-reklam-veteninfo
image-elsen-yasamalbackend

Yasamalda tikinti şirkəti ev sahibinə divan tutdu,evini başına uçurdu/VİDEO

image-reklam-veteninfo

Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.

Veteninfo.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər yayılıb. Sözügedən sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin xilasediciləri əraziyə cəlb ediliblər.

“Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

 

https://www.youtube.com/shorts/Si8HXuiQMhA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki