image-5backend

Yəməndə mina partlayışı nəticəsində 3 nəfər ölüb

image-reklam_sirab_01

Yəmənin şimalındakı Əl-Cəvf əyalətində minanın partlaması nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər yaralanıb.

Vətəninfo.az xarici mətbuata istinadən xəbər verir ki, Marib-Əl-Cauf avtomobil yolunda mülki avtomobilin hərəkət etdiyi yolda mina partlayıb.

Yəmən hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Yəməndə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş ərazilərə nəzarət edir.

Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki