image-75backend

“Yeni Klinika”nın sabiq direktoruna hökm oxundu: 8 il 6 ay

image-reklam_sirab_01

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Vətəninfo.az-ın  xəbərinə görə, prosesdə təqsirləndirilən Vüsalə Əliyeva son sözlə çıxış edib. İki azyaşlı övladının olmasını və hazırda hamilə olduğunu deyən V.Əliyeva məhkəmədən şərti cəza verilməsini xahiş edib: “Əvəz Hüseynov və Qalib Nəcəfov hər xəstəyə görə mənə faiz veriləcəyini demişdilər. Mən də maddi imkanım olmadığına görə razılaşdım. Özümü qismən təqsirli bilirəm. Törətdiyim əmələ görə məhkəmədən bir daha üzr istəyirəm”.

Daha sonra prosesdə hökm oxunub. Hökmə görə, “Yeni Klinika”nın sabiq direktoru P.Abbasova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə digər təqsirləndirilənlər – “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən V.Əliyevaya isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Hökmdə həmçinin qeyd edilib ki, V.Əliyeva 2 il, digər təqsirləndirilənlər isə 3 il dövlət orqanlarında vəzifə tuta bilməzlər.

Xatırladaq ki, Pərviz Abbasov və digərləri “Yeni Klinika”da müalicə alan koronavirus xəstələrindən onları klinikaya yerləşdirməyin əvəzində rüşvət almaqda (3000-4500 AZN arası) ittiham olunurlar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki