image-03backend

Yeni sosial islahatlar vətəndaş rifahının təminatına xidmət edir

image-reklam_sirab_01

Təcrübə göstərir ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə respublikamızın nail olduğu və daim yüksələn xətlə artan inkişaf göstəriciləri aparılmış islahatların labüdlüyünün və uğurlu nəticəsininsübutudur.
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan davamlı islahatlar yeni mərhələyə qədəm qoyur.
Yeni islahatlar mərhələsi – 2022-ci ilin sosial islahatları dövlətimizin başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən həyata keçiriləcək sosial islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Bu, 2,1 milyon insanın rifahının yaxşılaşması deməkdir.
Dövlətimizin başçısının sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqının artırılması əmək bazarına da birbaşa təsir edir, işçi qüvvəsinin məhsuldarlığını artırır.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə üzrə – 150 manatdan 220 manata, II dərəcə üzrə – 130 manatdan 180 manata, III dərəcə üzrə – 110 manatdan 120 manata çatdırılacaq.
Bir neçə fərqli komponentdən ibarət olan sosial islahatlar bir daha onu göstərir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş amili və onun rifahı dayanır.

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki