image-337e8e0a-872a-4643-8ee2-9b75915a845dbackend

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək

image-reklam_sirab_01

NATO-nun Baş katibi Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək. Bu səfər kifayət qədər möhkəm olan NATO-Azərbaycan münasibətlərini daha da inkişaf etdirəcək.

Azərbaycan uzun müddətdir ki, NATO-nun müxtəlif proqramlarında çıxış edir, dünyanın fərqli nöqtələrində sülhyaratma missiyalarına qatılır. Dövlətimizin bu addımı NATO rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməkdədir. AzərbaycanNATO-nun sülhyaratma missiyasında iştiraketməklə yalnız bölgəmizdə deyil, dünyanın ənmüxtəlif coğrafiyalarında sülh təhlükəsizliyintəmin olunmasında maraqlı olduğunu göstərir. Bubaxımdan hesab edirəm ki, NATO baş katibininBakı səfəri Azərbaycanla bu qurum arasındamünasibətlərin inkişafına təkan verəcək.

Azərbaycanın NATO-nun Əfqanıstanmissiyasına uzun illər verdiyi töhfə çox vacib idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımızmüsbət olub. Azərbaycan Kosovoda Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakedib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci ilin avqustun axırında Əfqanıstanı tərk edənsonuncu müttəfiq qüvvələr hərbi qulluqçularımızolublar. Bu isə bir daha Bakının Azərbaycan-NATO əməkdaşlığına güclü sadiqliyini göstərir.

Azərbaycanın Qoşulmama Hərəkatınınüzvüdür bu siyasətinə sadiqdir. NATO-nun Başkatibi səfər əsnasında ölkəmizin beynəlxalqekoloji təhlükəsizlik istiqamətində atdığı addımlarada açıq dəstək ifadə edib, COP29-un əhəmiyyətiniyüksək qiymətləndirib. Səfər əsnasında Yens Stoltenberq Azərbaycanın qlobal ekoloji təhlükəsizliyin təmini istiqamətində atdığı addımlara da diqqət çəkib, bu addımların bəşəriyyət üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. Habelə deyib ki, cari ilin noyabrındakeçiriləcək COP29 dünyamızın ekolojitəhlükəsizliyi baxımından mühüm əhəmiyyətəmalikdir. Bu konfrans bərpaedilən enerjimənbələrindən istifadə etməyin, “yaşıl enerji”yəkeçidin qədər vacib zəruri olduğunu birdaha dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, bu məqsədə çatmaq üçün yeni istiqamətlər yollar müəyyənləşdiriləcək.

Odur ki, Yens Stoltenberqin paytaxtımıza səfəriyalnız hərbi təhlükəsizlik deyil, həm ətrafmühitin mühafizəsi baxımından da önəmli səfəroldu. Bu səfər bir daha sübut etdi ki, dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar dövlətimizin ekolojisiyasətini yekdilliklə dəstəkləyir, bunun sadəcəAzərbaycanın regionun deyil, bütünbəşəriyyətin rifahına xidmət etdiyini başa düşür”.

Cəlil Xəlilov – Respublika Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatınınsədr müavini, polkovnik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki