image-1backend

Yıldız sarayı sentyabrın 1-dək pulsuz olaraq qonaqların ixtiyarındadır

image-reklam_sirab_01

Osmanlı sultanı III Səlimin dövründə İstanbulda tikilən və Əbdülhəmid zamanında genişləndirilərək dövlət sarayına çevrilən Yıldız Sarayı 26 gün içində 197 min adamı qəbul edərək rekord qırıb.

Sarayın qapıları 6 illik bərpadan sonra iyulun 19-da prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə xalqın üzünə açılıb.

Yıldız sarayı təkcə avqustun 11-də 9584 nəfəri qəbul edib. Hər gün isə saraya orta hesabla 7500 adam gəlir.

Uzun illər davam edən bərpa, konservasiya və abadlıq işlərindən sonra qapılarını muzey-saray kimi açan binanın bəzi bölmələri ilk dəfə olaraq seyirçilərə təqdim olunub.

Biomüxtəlifliyi, su yolu və landşaft dizaynı ilə diqqət çəkən “Həmid bağı” və Osmanlı dövründə xarici diplomatların qonaq olduğu “Mabeyn malikanəsi” gələnlərin daha böyük marağına səbəb olur.

Bazar ertəsi günlərindən başqa, Yıldız sarayı sentyabrın 1-dək hər gün pulsuz olaraq Türkiyə vaxtı ilə 9.00-17.30 arasında qonaqların ixtiyarındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki