image-reklam-veteninfo
image-9backend

Yunanıstanda yanğınlarda 18 nəfər həlak olub

image-reklam-veteninfo

Yunanıstanda yanğınların davam etdiyi Evros bölgəsindəki meşəlik ərazidə 18 nəfərin cəsədi tapılıb.

Cəsədlərin Yunanıstana Evros çayından daxil olan qeyri-qanuni miqrantlara aid olduğu təxmin edilir.

Bölgədə avqustun 21-də baş verən yanğınla əlaqədar bir çox yaşayış məntəqələrində təxliyə edilib, rayon sakinlərinə mobil telefondan uzaq durmaları ilə bağlı xəbərdarlıq mesajı göndərilib.

Digər tərəfdən, ölkədə 4 gündür davam edən meşə yanğınları Elefsina hərbi hava limanına yaxınlaşıb.

Bölgəyə cəlb olunan yanğınsöndürənlər alovun hərbi hava limanına keçməməsi üçün işə başlayıb.

Mülki Müdafiə Bölməsindən mobil telefonlarına göndərilən mesajda vətəndaşlardan ərazidəki həddindən artıq tüstünün onlara mənfi təsir göstərməməsi üçün çölə çıxmamaları, qapı və pəncərələri bağlı saxlamaları istənib.

Aspropirqosda yanğın təhlükəsi ilə üzləşən bəzi yaşayış məntəqələri isə boşaldılıb.

Attiki bölgəsindəki Filidə baş verən yanğın Kliston monastırına da yaxınlaşıb. Komandalar monastırdakı rahibləri və vətəndaşları təxliyə etmək üçün hərəkətə keçib.

Filidə yaşayış məntəqələrinə çatan yanğın nəticəsində bəzi evlər alovlar altında qalıb.

Bildirilib ki, yanğınsöndürənlər son 24 saat ərzində 63 müxtəlif ərazidə yanğına müdaxilə edib.

Yunanıstanı dəstəkləyən Rumuniya və Rum Administrasiyası ilə yanaşı Çexiya, Xorvatiya, Almaniya və Serbiyadan dəstək alınacağı bildirilib.

Ölkə boyu yanğınlardan çıxan tüstü 110 min kvadrat kilometr ərazini əhatə edib.

Dədəağaçda isə şənbə günü başlayan yanğın dördüncü günündə də davam edərkən, bu gün də ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar, saatda 70 kilometrə çatan güclü külək səbəbindən söndürülə bilmir.

Yanğın səbəbindən bir çox yaşayış məntəqələri boşaldılıb, çoxlu sayda ev və nəqliyyat vasitələri yanıb, kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Dünən Meriç bölgəsində biri Viotia, digəri Kavacık (Lefkimi) bölgəsində 2 nəfər həyatını itirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki